“Nepalda BMT-nin uşaq əməyi ilə mübarizə proqramının rəhbəri olmuş, daha sonra uşaq oğurluğu, azyaşlıların cinsi istismarı və qara miqrasiyasının təşkilinə görə həbs edilmiş Peter John Dalglish. O, bütün dünyada məhşur olan “Street Kids International” xeyriyyə təşkilatının qurucusu kimi tanınıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə politoloq Yeganə Hacıyevanın paylaşımında qeyd olunur.
Politoloq bildirib ki, Peter müxtəlif vaxtlarda Əfqanıstanda BMT-nin “UN-Habitat” missiyasına rəhbərlik edib:
“Daha sonra BMT Beynəlxalq Əmək Təşkilatının rəhbərliyində təmsil olunub.
Ümumdünya Səhiyyə Təşkilatında Baş Şəhərsalma proqram rəhbəri olub.
BMT-nin Ebola ilə Mübarizə üzrə Fövqəladə Missiyasının rəhbəri kimi fəaliyyət göstərib. Təşkilatın himayəsi altında fəaliyyət göstərən sığınacaqlarda oğlan uşaqlarının zorlaması itthamları üzərindən həbs olunub. O həbsxanaya düşdükdən sonra, yaşadığı evin zirzəmisindən iki 4 və 9 yaşlı oğlan uşaqları azad edilib”.