Taliban 18 kişi və 9 qadını stadionda cəzalandırdı

Radikal Taliban hərəkatının tərəfdarları Əfqanıstanın Pərvan əyalətində 18 kişi və 9 qadını qamçılayıb.

Globalinfo.az Oxu.az-a istinadən bildirir ki, məlumata görə, onlar oğurluq, nikahdan kənar münasibətlər və evdən qaçmağa görə cəzalandırılıblar.

Cəza “Çarikar” stadionunda həyata keçirilib. Cinayəti törədənlərin hər biri 29-dan 35-ə qədər şallaq zərbəsi alıb.

Hökmün icrasında yüzlərlə yerli sakin və Taliban hərəkatının nümayəndəsi iştirak edib.