qezza 0

İsrailin Qəzza zolağına bugünkü hücumları nəticəsində 21 nəfər ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bununla da ötən il oktyabrın 10-da imzalanan atəşkəsdən bəri Qəzzada İsrailin hücumları nəticəsində ölənlərin sayı 556 nəfərə çatıb.

    Son hücumlar nəticəsində isə 38 nəfər xəsarət alıb. Beləliklə, atəşkəsdən sonra yaralananların sayı 1 500 nəfərə yüksəlib.

    2023-cü ilin oktyabr 7-dən etibarən Qəzzada ölən fələstinlilərin sayı isə 71 800-ü ötüb, 171 600-dən çox insan xəsarət alıb.

    Qeyd edək ki, ötən il oktyabrın 10-da ABŞ-ın vasitəçiliyi ilə İsrail və HAMAS arasında atəşkəs razılaşması əldə olunub.

    Paylaş: