Türkiyənin İstanbul şəhərində Ağ Evin xüsusi elçisi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında mümkün nüvə sazişinin müzakirəsi məqsədilə görüş keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bu, ötən ilin iyununda danışıqların iflasa uğramasından və 12 gün davam edən müharibədən sonra ABŞ və İran rəsmiləri arasında ilk birbaşa təmas olacaq. Görüş ABŞ-ın Fars körfəzində gücünü əhəmiyyətli dərəcədə artırdığı və prezident Donald Trampın hərbi münaqişədən qaçmağın yeganə yolunun razılaşma əldə etmək olduğunu vurğuladığı bir vaxtda baş tutacaq.
Dialoqun əsas məqsədi mümkün hərbi qarşıdurmanın, o cümlədən regionda eskalasiyanın qarşısını almaqdır. Tərəflər İranın nüvə proqramının müzakirəsinə davam etsələr də, danışıqların gündəliyinə hansı mövzuların daxil olduğu tam açıqlanmır. Hətta bu barədə fikir ayrılıqları da mövcuddur.
Danışıqların təşkilində Türkiyə, Misir və Qətər vasitəçilik edir.
Əliyar Xəlil
Globalinfo.az