
Türkiyənin Tekirdağ şəhərindən Antalyaya gedən sərnişin avtobusu aşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
Bildirilib ki, sözügedən avtobus Antaliya Şimal Dairəvi Yolunda idarəetməni itirib.
“İlkin məlumatlara görə, qəza nəticəsində 8 nəfər həlak olub, 26 nəfər yaralanıb. Avtobusun içində və altında sıxışıb qalan şəxslərin olduğu bildirilir, xilasetmə işləri davam edir”, – deyə qeyd olunub.
Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.
Qəzanın səbəbi hələ dəqiqləşməyib, lakin yolların yağış səbəbindən islanmış və sürüşkən olması ehtimalı üzərində dayanılır.

Safura Bənnayeva
Globalinfo.az