2023 09 23T183740Z 909673123 RC2HE3A6EXK0 RTRMADP 3 UKRAINE CRISIS UN LAVROV 1695498540

Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü nazirlər görüşünün keçiriləcəyi məkanın seçimi aparılır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə KİV-lərinə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, indiyədək nazirlər səviyyəsində iki görüş baş tutub və hazırda üçüncü görüşün təşkili istiqamətində işlər davam edir.

“Gürcüstanlı qonşularımız hələlik iştirakdan çəkinirlər, lakin biz daim vurğulayırıq ki, qapı onlar üçün açıq qalır”.

Rusiya XİN rəhbəri həmçinin təşəbbüsün Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən fəal şəkildə dəstəkləndiyini diqqətə çatdırıb. Lavrov “3+3” platformasının əhəmiyyətini vurğulayaraq bildirib ki, iştirakçı ölkələrin hamısı Cənubi Qafqaz regionunda ortaq qonşulardır. O əlavə edib ki, platformanın yaradılmasının əsas təşəbbüskarları Türkiyə və Azərbaycan olub.

Qeyd edək ki, “3+3” regional əməkdaşlıq formatı Cənubi Qafqazın üç ölkəsi, Azərbaycan, Ermənistan və Gürcüstan, eləcə də regionun üç qonşu dövləti (Rusiya, Türkiyə və İranı) bir araya gətirməyi nəzərdə tutur. Platforma regionda dialoq və əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: