Əliyevlə Paşinyanın Münxendə müzakirə etdiyi SƏNƏD üzə çıxdı – ŞOK DETALLAR / VİDEO

Əliyevlə Paşinyanın Münxendə müzakirə etdiyi SƏNƏD üzə çıxdı – ŞOK DETALLAR / VİDEO

***
12:15

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münxendə aparılan danışıqlarla bağlı sənəd ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, “sülh danışıqlarının başlaması elementləri” adlanan sənədi Ermənistanın Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan yayıb.

O, Münxendə bu sənədin müzakirə edildiyini və danışıqların gedişi zamanı əlavələr olunduğunu bildirib.

Diqqət çəkən məqam Aşotyanın yaydığı fotoda sənədin yalnız bir qisminin əks edilməsi olub.

Sənədin ikinci bəndində tərəflərin imzalayacağı sülh müqaviləsində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyacağı əks olunub. İkinci bənddə sülh müqaviləsində Azərbaycanın Konstitusiyasına müvafiq formada Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi haqqında maddənin yer alacağı bildirilib. Sözügedən bəndi şərh edən Aşotyan bununla Ermənistan hakimiyyətinin Qarabağın Azərbaycana tam birləşdirilməsi (?) prosesinə razılıq verdiyini deyib. Onun sözlərinə görə, bu bənd Paşinyan administrasiyasına sonradan ermənilərin hüquqlarının onlar üçün nə qədər vacib olduğunu təbliğ etməyə kömək edəcək.

Ətraflı videoda:

İlkin Həsənov
Globalinfo.az