“Əl-Cəzirə” kanalı Suriyada Əsəd rejiminin törətdiyi müharibə cinayətlərini əldə etdiyi səs yazıları və sənədlərdən istifadə edərək ifşa edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, keçmiş rejimin vacib isimlərindən sayılan general-mayor Bassam əl-Həsənin səs yazısı ortaya çıxıb. Səs yazısında əl-Həsən kimyəvi silahdan istifadə əmrinin şəxsən Bəşər Əsəd tərəfindən verildiyini açıqlayır.
Vurğulanıb ki, əl-Həsən əmri Badi Əliyə çatdırıb və o da öz növbəsində kimyəvi silah bölməsinin rəisi, briqada generalı Həsən Abbasla əməkdaşlıq edərək hücumu koordinasiya edib.