reza pahlavi crown prince of iran european parliament brussels march 2023 1

ABŞ Prezidenti Donald Tramp İranın sonuncu şahının oğlu Rza Pəhləvi ilə görüş keçirməyi məqsədəuyğun hesab edib-etmədiyi barədə düşündüyünü deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “The Hugh Hewitt Show” radio proqramına müsahibəsi zamanı danışıb.

Tramp bildirib ki, İran hökuməti etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsinə yol verərsə, Vaşinqton Tehrana qarşı “çox sərt” zərbələr endirəcək. Trampın sözlərinə görə, hazırki mərhələdə prosesin gedişini izləmək və kimin önə çıxacağını görmək lazımdır.

Ev rəhbəri qeyd edib ki, ABŞ İranda baş verən etirazları diqqətlə izləyir. Aparıcının aksiyalar zamanı onlarla insanın öldüyü barədə qeydinə cavab verən Tramp əlavə edib ki, bəzi ölümlər izdihamın idarə olunması zamanı yaranan sıxlıq və əzilmə halları ilə bağlı ola bilər.

“Onlara açıq şəkildə deyilib ki, etirazçıları öldürsələr, cəhənnəm əzabı çəkəcəklər. Biz bunu çox diqqətlə izləyirik və onlar bunu bilirlər”, – deyə o bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: