image 750x 695f6321d46fa

Ermənistanda bugünkü hökumət iclasının gündəliyində Baş nazir Nikol Paşinyanın xidməti avtomobilinin nömrələri dəyişdirilməsi təklif edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Həmin nəqliyyat vasitəsinin nömrə nişanının 5 simvoldan ibarətdir: “001 ՍՍ” (SS).

Hökumət İsveç və İslandiya təcrübəsini öyrənib. Orada yüksək vəzifəli şəxslərin xidmətində olan nəqliyyat vasitələri üçün standartdan fərqli, xüsusi qayda tətbiq olunur: nömrələr daha az simvoldan ibarət olur. Buna görə də, hökumət Paşinyanın avtomobil nömrələrini beynəlxalq müasir tendensiyalarla uyğunlaşdırmaq qərarına gəlib və yalnız “1” rəqəmi ilə kifayətlənmək niyyətindədir”, – deyə qeyd edilib.

Paşinyan da sözügedən qərara münasibət bildirib:

“Nömrə nişanının dəyişdirilməsində müəyyən məntiq var. Belə ki, mövcud nömrə nişanındakı “SS” hərfləri Serj Sərkisyanın adının baş hərfləri kimi qəbul olunub. Biz hesab edirik ki, həmin nömrə nişanı heç kimin adının baş hərflərini daşımamalıdır. Yəni indi mən də “NP 001” yazdırmamalıyam”.

6154809e 5a07 41c1 b025 8851f931a326

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: