Biznesmen Samvel Karapetyanın barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.
Globalinfo.az xəbər verir ki, , bu barədə Karapetyanın vəkili Armen Feroyan məlumat yayıb.
Qərara əsasən, onun həbsdə saxlanılması ev dustaqlığı ilə əvəz olunub, eyni zamanda barəsində zaminlik tədbiri də tətbiq edilib.
Qeyd edək ki, dekabrın 24-də Karapetyanın müdafiə tərəfi Apellyasiya Məhkəməsinin 11 dekabr tarixli qərarından Kassasiya Məhkəməsinə şikayət təqdim etmişdi. Həmin qərarla biznesmenin həbsi ilə bağlı apellyasiya şikayəti təmin olunmamışdı.
Əliyar Xəlil