Suriyanın qərbində baş vermiş toqquşmalar nəticəsində azı üç nəfər həlak olub, 55 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd olunub kiŞ hadisə Latakiya və Tartus əyalətlərində baş verib.
Məlumatına görə, ölənlər arasında ölkənin təhlükəsizlik qüvvələrinin bir üzvü də olub.
Xatırladaq ki, Suriya Ali Ələvi İslam Şurasının rəhbəri Şeyx Qəzəl etirazlara çağırış edib. Etirazçılar hakimiyyət tərəfindən əvvəllər həbs olunmuş fəalların azad edilməsini tələb ediblər.