Rusiya Prezidenti Vladimir Putin “India Today” qəzetinə müsahibəsində silahların əhəmiyyəti və müasir döyüş texnologiyalarının rolu barədə danışıb.
Globalinfo.az xəbər verir ki, o, klassik silah nümunəsi olan “Kalaşnikov” avtomatını mühüm hərbi vasitə kimi qiymətləndirib.
Putin həmçinin Rusiya və Hindistanın birgə istehsal etdiyi “BrahMos” raketlərini xatırladaraq bildirib ki, müasir silahların real döyüş təcrübəsində sınaqdan keçməsi onların dəyərini bir neçə dəfə artırır.
“Kalaşnikov” əlbəttə ki, vacib silahdır. Amma biz bu gün ən yüksək, dünyanın ən qabaqcıl texnologiyalarından danışırıq. Müəyyən silah növlərinin döyüşdə tətbiqini nəzərə alsaq, onların əhəmiyyəti qat-qat yüksəlib”, – deyə Putin vurğulayıb.
Dövlət başçısı həmçinin qeyd edib ki, Rusiya istehsalı silahlar real hərbi əməliyyatlar zamanı öz effektivliyini dəfələrlə sübut edib.
Tahir Turan
Globalinfo.az