7NMdfoLeokPsHuElZyGvMRefDA6Bfm4OpOC2er6R 825 1

Azərbaycan Dövlət Pantomim Teatrında dünya dramaturgiyasının klassik nümunələrindən olan Vilyam Şekspirin “Romeo və Cülyetta” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Globalinfo.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Səhnə əsəri Ölüm və Həyat obrazlarının timsalında bu iki anlayışın əbədi mübarizəsini simvolik səhnə həlləri və plastik ifadə vasitələri ilə təqdim edib.

“Romeo və Cülyetta”da obrazları Əməkdar artistlər Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli və digərləri canlandırıblar.

Səhnə əsərinin quruluşu və musiqi tərtibatı Ceyhun Dadaşova məxsusdur. Tamaşanın müddəti 55 dəqiqədir.

Plastik-portret janrında qurulan tamaşada ironik münasibət də diqqət çəkib.

Səhnə əsəri Azərbaycan Dövlət Pantomim Teatrının klassik dramaturgiyanın müasir plastik dildə yenidən düşünülməsinə yönəlmiş yaradıcılıq axtarışlarının növbəti nümunəsidir.

24901589887 c3bdc280a9 c 2 17668586175819167 1200x630 1 17668586171500763808 1200x630 1 17668586172263640942 1200x630 1 17668586172280060434 1200x630 1 17668586172440339193 1200x630 1

Paylaş: