Əməkdar artist 48 yaşında vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə teatrın sosial şəbəkə hesabında məlumat verilib.

“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!” – deyə teatrın kollektivi sənətkarın yaxınlarına dərin hüznlə başsağlığı verib.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, aktyor bir müddət əvvəl insult keçiribmiş:

“Xəstəxanada müalicə aldı. Vəziyyəti bir qədər yaxşılaşmışdı. Lakin bir neçə gün əvvəl yenidən insult keçirdi. Onu xəstəxananın reanimasiya şöbəsində yerləşdirdilər. Ürəyində də problemləri vardı. Təəssüf ki, onu xilas etmək mümkün olmadı”.