“Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi nümayəndəsi Con Kol ilə danışıqları zamanı arıqlama məhsulları ilə maraqlanıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) məlumat yayıb.
“Kol Lukaşenkoya piylənmə əleyhinə “Zepbound” dərmanından istifadə təcrübəsi barədə danışıb və Belarus prezidentinə istehsalçının broşürünü təqdim edib”, – deyə bildirilib.
Nəşr qeyd edib ki, Lukaşenko aprel ayında arıqlama dərmanlarına maraq göstərib. Yaxın köməkçisi ona çəkisi ilə bağlı bir şey etməyi məsləhət görüb.
Əliyar Xəlil
Globalinfo.az