
Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesi üzrə nümayəndə Ruben Rubinyan təhsili ilə bağlı iddialara cavab verib.
Globalinfo.az bildirir ki, Rubinyan Türkiyədə təhsil alması ilə bağlı iddiaların yalan olduğunu deyib.
O, sosial şəbəkə hesabından video yayımlayaraq üç ölkədə təhsil aldığını, lakin onların arasında Türkiyənin olmadığını söyləyib:
“Mən heç vaxt Türkiyədə təhsil almamışam. Üç ölkədə təhsil almışam. Birincisi, öz ölkəmizdə İrəvan Dövlət Universitetidir. İkincisi magistratura pilləsini bitirdiyim İngiltərə və sonuncu ölkə isə Polşadır”.
Əliyar Xəlil
Globalinfo.az