Aygün Röya Ayxana və Emin Ağalarova belə dəstək oldu – FOTO

Xalq artisti Aygün Kazımova ötən gün Moskvada yerləşən “Krokus Siti Holl”da baş verən terror hücumu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

Globalinfo.az xəbər verir ki, A.Kazımova ticarət mərkəzinin sahibi Araz Ağalarovun oğlu, müğənni-bəstəkar Emin Ağalarova və həmin gün orada konsert verməli olan Xalq artisti Röya Ayxana dəstəyini bildirib:

“Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailəsinə Allahdan səbr, yaralılara tezliklə sağalmalarını diləyirəm. Allah Rusiyada yaşayan, çalışan bütün həmvətənlərimizi qorusun. Dostum Eminə bu çətin anlarda səbr diləyirəm. Yaşadıqlarının nə qədər ağır olduğunu anlayıram. Ümid edirəm ki, tezliklə günahkarlar öz cəzasını alacaqlar. Ötən gün “Veqas Siti Holl”da çıxış etmək üçün yol alan həmkarım Röyaya çox keçmiş olsun. Şükürlər olsun ki, həmvətənlərimiz sağ və salamatdırlar”.

Qeyd edək ki, hadisə nəticəsində ölənlərinin sayı 133-ə çatıb. İlkin məlumata görə, onlar arasında Azərbaycan vətəndaşı yoxdur. Sadəcə bir Rusiya vətəndaşı olan azərbaycanlının olduğu bildirilir.

Əliyar Xəlil
Globalinfo.az