prosport a7070b0df42840536d409c87c o 39

Qətərin paytaxtı Dohada “FIFA The Best 2025” mükafatlandırma mərasimi keçirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ənənəvi olaraq təşkil olunan tədbirdə dünya futbolunda iz qoymuş oyunçu və mütəxəssislər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Belə ki, ilin ən yaxşı futbolçusu adına PSJ-nin hücumçusu Usman Dembele, ilin ən yaxşı baş məşqçisi mükafatına isə Paris təmsilçisinin çalışdırıcısı Luis Enrike layiq görülüb.

595693297 891554953223520 5807370370822293842 n 24

FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qapıçısı adına “Mançester Siti” və İtaliya millisinin üzvü Canluici Donnarumma seçilib. Qeyd edək ki, italiyalı qolkiper 2025-ci ildə PSJ ilə Fransa çempionluğunu, Fransa Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq “qızıl trebl”ə imza atıb. Tarixi mövsümdən sonra o, “Mançester Siti”yə transfer olunub.

596819005 891554859890196 2215054571574342084 n 13

İlin ən yaxşı qolu üçün təqdim edilən Puşkaş mükafatının qalibi isə Argentinanın “Atletiko İndependente” klubunun 25 yaşlı müdafiəçisi Santiaqo Montiel olub.

597388676 891555033223512 7700267155578642598 n

Qadın futbolunda da qaliblər müəyyənləşib. İngiltərə qadın millisinin baş məşqçisi Sarina Uiqman rekord sayda – beşinci dəfə “İlin qadın məşqçisi” mükafatını qazanıb.

597440660 891554929890189 8402619696586848681 n 6

İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Aitana Bonmati ardıcıl üçüncü il FIFA-nın ən yaxşı qadın futbolçusu seçilib.

1762263781 17622621136353840248 1200x630 1

“Çelsi”nin qadınlardan ibarət komandasının qapıçısı Hanna Hempton isə 2025-ci ilin ən yaxşı qadın qapıçısı adına layiq görülüb. 25 yaşlı ingilis qolkiper “Çelsi” ilə trebl, İngiltərə millisi ilə isə Avropa çempionluğu qazandığı mövsümdən sonra bu mükafatı ilk dəfə əldə edib.

HEROSMALLWORDS pic 32ratio 900x600 900x600 41667 2

Meksikanın qadınlardan ibarət millisi və “Tiqres” komandasının oyunçusu Lisbet Oval isə 2025-ci il FIFA Marta mükafatının qalibi seçilib. Keçən il təsis edilən nüfuzlu mükafat qadın futbolunda ən yaxşı qol vuran oyunçuya verilir.

esas73

Paylaş: