“Maska” filminin aktyoru Piter Qrin 60 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti aktyorun menecerinə istinadən məlumat yayıb.
Aktyorun mənzilində ölü tapıldığı bildirilir. Cəsədin üzərində zorakılıq izlərinin aşkarlanmadığı, lakin tibbi ekspertiza prosesi zamanı ölüm səbəbinin daha dəqiq bilinəcəyi qeyd edilir.
Aktyorun meneceri onun yanvar ayından yeni layihə üzərində işləməyi planlaşdırdığını söyləyib.
Əliyar Xəlil
Globalinfo.az