2026-cı ildən etibarən ölkədə bir sıra qərarlar qüvvəyə minəcək: vergi dərəcələrinin artırılması, bəzi dövlət rüsumlarının bahalaşması, cərimələrin yüksəldilməsi və bir neçə xidmət üzrə tariflərin yenilənməsi gündəmdədir.
Bu dəyişikliklərin təsirini yumşaltmaq üçün hökumətin pensiya, müavinət və maaş artımları kimi kompensasiya mexanizmləri effektiv olacaqmı?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, vergi, rüsum və cərimələrin artırılması insanların xərclərinə təsir edəcək:
“Bunun mənfi təsirini azaltmaq üçün hökumət müəyyən kompensasiya mexanizmləri tətbiq edir. Minimum əməkhaqqı artırılıb, pensiyalar indeksləşdirilib, bəzi sosial müavinətlər, təqaüdlər artırılıb. Bu tədbirlər əlavə yükün bir hissəsini yüngülləşdirə bilər. Bununla belə, artımlar bütün sahələrə şamil olunduğuna görə, yaşayış xərcləri də paralel olaraq yüksələ bilər. Yəni maaş və pensiya artımının hər kəs üçün tam kompensasiya yaratmaması mümkündür”.
Akif Nəsirli
İqtisadçı bildirib ki, aşağı gəlirli qruplar üçün real vəziyyət qiymətlərin və xidmət haqlarının nə qədər artacağından asılı olacaq:
“Ümumilikdə, hökumətin müəyyən dəstəyi var, amma prosesin mənfi təsirlərini tam aradan qaldıracağına təminat yoxdur. Nəticə daha çox real bazar qiymətlərinin necə dəyişəcəyinə bağlıdır”.
Ləman İmran
Globalinfo.az