1764486011 29stoppard obit lckw videosixteenbynine3000 v2 scaled

Məşhur dramaturq və rejissor Tom Stoppard 88 yaşında dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, sənətkar Britaniyadakı evində vəfat edib.

Ölüm səbəbi barədə hələlik məlumat açıqlanmayıb.

Qeyd edək ki, Tom Stoppard “Arkadiya”, “Həqiqi şey”, “Utopiya sahili”, “Rozenkrans və Gildenştern ölüdür” kimi klassik əsərlərin müəllifidir.

O, həmçinin “Aşiqlər Şekspiri” filminin ssenari müəllifi olub və bu işinə görə “Oskar” mükafatına layiq görülüb.

1997-ci ildə Stoppard Böyük Britaniyada rəsmi şəkildə “cəngavər” adına layiq görülüb.

Paylaş: