nariskin eas

Rusiya Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Türkiyəyə səfəri maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Narışkinin Ankara səfərinin səbəbini açıqlayıb.

Fidan Narışkinin Ukrayna məsələsinin həlli ilə bağlı ABŞ-ın təqdim etdiyi sülh planına Moskvanın yanaşmasını Ankaraya çatdırdığını söyləyib.

XİN başçısı hazırda planla bağlı müzakirələrin davam etdiyini söyləyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: