Yermak

Ukrayna Prezident Administrasiyasının işdən çıxan rəhbəri Andrey Yermak cəbhəyə getməyə hazırlaşır. 

Globalinfo.az xəbər verir ki, o, bunu “New York Post”a açıqlamasında deyib.

O, Ukraynaya xidmət etdiyini və sadəcə bunun üçün çalışdığını söyləyib:

“Ölkəmə xidmət edirəm, vicdanlı insanam. Bundan sonra cəbhəyə gedəcəm. Ümumiyyətlə, Prezident Volodimir Zelenskiyə problem yaratmaq istəmirəm”.

Qeyd edək ki, ötən gün Zelenski Yermakın istefa verdiyini açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: