
“KTMT Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə “xidmət göstərmək” təklifi verməyib”.
Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Vahram Atanesyan deyib.
Onun sözlərinə görə, KTMT Zirvə Toplantısının yekun bəyanatında Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə də toxunulub:
“Çox vacib məqam odur ki, təşkilat bu məsələdə “xidmət göstərmək” təklifi verməyib. Bu, bəlkə də Ermənistan və Rusiya arasında dövlətlərarası münasibətlərin yenidən qurulması üçün başlanğıc nöqtəsi ola bilər”.
Qeyd edək ki, noyabrın 27-də Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib. Ermənistan tədbirdə iştirak etməyib.
Safura Bənnayeva
Globalinfo.az