Avropa İttifaqı (Aİ) Ukrayna üzrə Cenevrə danışıqlarında liderlər deyil, Brüsseldə Avropa gündəmini həqiqətən formalaşdıran ikinci şəxslər tərəfindən təmsil olunacaqlar.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi Brüsseldəki Avropa mənbəsinə istinadən məlumat yayıb.
“Danışıqlarda Aİ Xarici Fəaliyyət Xidmətində baş katibin siyasi məsələlər üzrə müavini Olof Skooq və Avropa Komissiyası sədrinin Nazirlər Kabinetinin rəhbəri Björn Zaybert iştirak edəcəklər. Avropa Şurası prezidentinin köməkçisi Pedro Lurtinin də gəlməsi gözlənilir. Avropa Komissiyasının sədri Ursula fon der Leyen , Avropa Şurasının sədri Antonio Kosta və Aİ-nin baş diplomatı Kaja Kallas hazırda G20 sammiti üçün Cənubi Afrikadadırlar. Onlar bazar ertəsi Aİ-Afrika İttifaqı sammiti üçün Anqolaya gedəcəklər”, – deyə bildirilib.
Qeyd edək ki, Ukrayna nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın sülh planını müzakirə etmək üçün Cenevrədə amerikalılarla görüşəcək. Danışıqlar noyabrın 23-nə planlaşdırılıb. Hazırda orada ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff , həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ( MSDC ) katibi Rustem Umerov və Ukrayna nümayəndə heyəti var.
Əliyar Xəlil
Globalinfo.az