qz

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mingəçevir-Bəhrəmtəpə yolunun Qaradolaq kəndindən keçən hissəsində “Qazel”lə toqquşan “VAZ 21015”dəki şəxslər Ağcabədidən Bərdəyə həkimə gedirmişlər.

Belə ki, “VAZ”ın sürücüsü 1984-cü il təvəllüdlü Orxan Vəliyev həyat yoldaşı Türkan Vəliyeva və 1972-ci il təvəllüdlü əmisi oğlu Elsevər Vəliyevlə birgə Bərdəyə yola düşdükdən az sonra faciəvi hadisə ilə üzləşiblər.

Qəza nəticəsində sürücü və əmisi oğlu Elsevər həlak olub. O.Vəliyevin Vətən müharibəsi iştirakçısı olduğu bildirilib.

Ağır xəsarətlər alan T.Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

7751514c c3ff 4c81 85fe 3340c0d9c419

Orxan Vəliyev

8cc08505 8dd7 477e 90e7 39978e23f46b

Elsevər Vəliyev

qezz

Paylaş: