mirzoyan 900x600 1

Ermənistan üçün Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanın bəyanatını şərh edərkən deyib.

O, Azərbaycanla yaradılmış sülhün də əhəmiyyətli olduğunu bildirib.

“Ermənistan hər iki istiqamətdə səmimi səylər göstərir. Bununla belə, bu iki komponentin heç biri digəri ilə şərtlənmir. Amma Ankara ilə münasibətlərin tam normallaşması İrəvanla Bakı arasında normallaşma prosesinə mənfi deyil, əksinə, müsbət təsir göstərə bilər”.

Mirzoyan qeyd edib ki, avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində nəqliyyat infrastrukturunun əsas prinsipləri də razılaşdırılıb:

“Zəngəzur dəhlizi həm Azərbaycanı Naxçıvanla, həm Ermənistanı digər ölkələrlə, regionları bir-biri ilə daha geniş coğrafiyada birləşdirəcək. İrəvan bunun tezliklə həyata keçirilməsi üçün fəal səylər göstərir”.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Hakan Fidan “Ankara Ermənistanla münasibətləri yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşdırmağa hazır olacaq” bəyanatını verib. Nazir bildirib ki, Ankara Bakı–İrəvan sülh prosesini dəstəkləyir və anlaşmanın imzalanmasının bütün Cənubi Qafqaz üçün yeni imkanlar yaradacağını düşünür.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: