ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff noyabrın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan görüşünü ləğv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
“O, çərşənbə günü Türkiyədə Zelenski ilə görüşməli idi, lakin səfərini təxirə saldı. Amerikanın xüsusi nümayəndəsinin qərarının səbəbləri açıqlanmayıb”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az