
Polşanın müdafiə naziri dəmir yolunun partladılmasında Rusiyanı ittiham edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
“Cinayətkarlar yalnız tutulduqdan sonra tam əmin ola biləcəyik, lakin Polşada və Avropada baş verən bütün hadisələri təhlil etdikdə izlər Rusiyaya aparır. Bu, onların NATO-ya, Avropaya və bizə qarşı apardığı hibrid müharibənin bir hissəsidir. Məqsədi qarışıqlıq və qorxu yaratmaqdır. Bu, Qərbi zəiflətməyə yönəlmiş strategiyadır”, – deyə nazir bildirib.
Nəşrin məlumatına görə, istintaq orqanları zədələnmiş hissənin yaxınlığında ikinci partlayıcı qurğu və videoqeyd aparatları tapıblar.
Safura Bənnayeva
Globalinfo.az














