“Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng edib” – Eldar Namazov sirləri açır

"Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng edib" – Eldar Namazov sirləri açır

Heydər Əliyev dövründə Prezidentin köməkçisi vəzifəsini icra edən Eldar Namazov Yeni Azərbaycan TV-yə müsahibə verib.

Globalinfo.az xəbər verir ki, Ramiz Mehdiyev barəsində danışan E.Namazovun sözlərinə görə, sabiq PA rəhbəri həmişə hakimiyyət uğrunda mübarizə aparıb.

Eldar Namazov 1998-ci və 2003-cü illərdə Ramiz Mehdiyevin etdiyi hərəkətlər haqqında da sensasion fikirlər səsləndirib.

“Heydər Əliyevin səhhətində problem yaranan kimi Ramiz Mehdiyev dövlət aparatı ilə birbaşa Moskvaya zəng elədi. Rusiya Təhlükəsizlik Şurasının katibinə zəng vurub demişdi ki, “Heydər Əliyevin vəziyyəti ağırdır, mən nə etməliyəm?”, – o bildirib.

Sözügedən müsahibəni təqdim edirik: