Polşa Prezidenti Karol Navrotski Ukraynadan olan qaçqınlara yardımın davam etdiriləcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, dövlət başçısı Polşanın ukraynalı qaçqınlara ölkədəki digər qaçqınlarla bərabər münasibət göstərəcəyini bildirib.
“Münaqişənin üçüncü ili ərzində Polşadakı ukraynalı qaçqınlara bütün digər milli qaçqınlarla eyni münasibət göstərilməlidir”, – Navrotski deyib.
Qeyd edək ki, sentyabrın 26-da onun ofisinin rəhbəri Zbiqnev Boquçki demişdi ki, bu qanun Ukrayna turizminin polyakların hesabına formalaşmasına səbəb olacaq.
Tahir Turan
Globalinfo.az