ABŞ administrasiyası xərçəng, piylənmə, diabet və ürək-damar xəstəliklərini vizadan imtina səbəbləri siyahısına əlavə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti sənədə istinadən məlumat yayı.
Bildirilib ki, Dövlət Departamenti noyabrın 6-da ABŞ-ın dünya üzrə diplomatik nümayəndəliklərinə müvafiq göstəriş göndərib.
“Dövlət katibi Marko Rubio tərəfindən imzalanan təlimatda deyilir ki, viza zabitləri müraciət edənlərin sağlamlıq vəziyyətini nəzərə almalıdırlar. Ürək-damar xəstəlikləri, tənəffüs xəstəlikləri, xərçəng, şəkərli diabet, metabolik xəstəliklər, nevroloji xəstəliklər və psixi sağlamlıq pozğunluqları da daxil olmaqla müəyyən tibbi vəziyyətlərin müalicəsi üçün yüz minlərlə dollar tələb oluna bilər”, – deyə bildirilib.
Həmçinin, piylənmənin yuxu apnesi, hipertoniya və klinik depressiyaya səbəb ola biləcəyi üçün mənfi faktor hesab edilməli olduğu qeyd olunub:
“Tibbi meyarlara əlavə olaraq, konsulluq əməkdaşları müraciət edənlərin yaşını, himayəsində olan şəxslərin sayını və hər hansı xüsusi ehtiyac və ya əlilliyi nəzərə almalıdırlar”.
Əliyar Xəlil
Globalinfo.az