2cf9510b 38a7 3711 bf4d 772bd8f3f3f8 825

Polşa Belarusla sərhəddə ikinci hasar tikəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Məlumata görə, Polşa hakimiyyəti hasarı Podlaski ərazisində tikmək qərarına gəlib.

Hasarın quraşdırılmasına yaxın günlərdə başlanılacaq. Tikinti işlərinin yanvar ayında başa çatdırılacağı gözlənilir.

Hasar tikanlı məftillərlə örtüləcək və 4 metr hündürlüyündə metal tor divardan ibarət olacaq.

Qeyd edək ki, 2022-ci ildə Polşa hakimiyyəti sərhədin 180 kilometrlik hissəsi boyunca 5,5 metr hündürlüyündə metal baryer quraşdırıb. Divar tikanlı məftillərlə örtülüb. Bütün sərhəd boyunca hərəkət sensorları və hər cür hava şəraitinə uyğun videokameralarla təchiz olunmuş dirəklər yerləşdirilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: