screenshot 2025 11 11 145610 1146x quality75

ABŞ Prezidenti Donald Trampın oğlu D.Trampın Ermənistana səfəri ləğv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə hücumları ilə bağlı xəbər ABŞ-ın mühafizəkar dairələrində böyük səs-küyə səbəb olub. Tramp Ermənistanda kilsəyə hücum faktlarını öyrəndikdən sonra oğlunun İrəvana səfərini ləğv edib”, – nəşr qeyd edib.

Xatırladaq ki, kiçik Tramp noyabrın 12-də Ermənistana səfər edəcəkdi. Səfər zamanı o, Nikol Paşinyan və arvadı Anna Akopyan tərəfindən təşkil edilmiş “dua naharı”na qatılmalı idi. Həmin tədbir zamanı oğul Trampın Nikol Paşinyanla görüşü də planlaşdırılmışdı.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: