neft

Xəbər verdiyimiz kimi, OPEC+ ölkələri dekabr ayı üçün gündəlik neft hasilatını əlavə 137 min barel artırmaq barədə razılığa gəlməyi planlaşdırır. Bildirilir ki, məqsəd qiymətləri kəskin dəyişmədən tənzimləməkdir. Bu addımın bazarda sabitliyə xidmət edib-etməyəcəyi isə sual doğurur.

Bu qərar qlobal neft bazarına necə təsir göstərə bilər? 

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, bu qərarın məqsədi qiymətləri dəyişmək yox, sabitliyi qorumaqdır:

“Bu, çox kiçik hasilat artımıdır və son 2-3 ayda tətbiq edilən addımların davamıdır. Yanvar-mart ayları üçün əlavə artım nəzərdə tutulmur və hasilatın sabit saxlanması planlaşdırılır. Yalnız geosiyasi və bazar tələbində ciddi dəyişikliklər olarsa, qərara yenidən baxıla bilər”.

elcin 1 1 1

Elçin Rəşidov

İqtisadçı bildirib ki, neft bazarında uzunmüddətli qiymət sabitliyi həm alıcı və satıcıların, həm də anbar, birja və digər enerji sektoruna bağlı sahələrin planlamasını asanlaşdırır:

“Bu, neftə xidmət göstərən və neft məhsullarından istifadə edən şirkətlər, eləcə də qlobal enerji bazarı üçün mühüm əhəmiyyət daşıyır. Bununla belə, bazarda qiymət sabitliyini poza biləcək başqa amillər də mövcuddur. OPEC+ daha çox mövcud şəraitə reaksiya verən mexanizm kimi çıxış edir və prosesləri proaktiv şəkildə formalaşdırmaq imkanları məhduddur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: