9658cc50 2e3d 11f0 8ff1 59f5dcf8e9f5

Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko Prezident Volodimir Zelenskinin Moskvaya qarşı “elektrik enerjisini kəsmək” hədəsini istehza ilə qarşılayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Geoenergetika İnfo” teleqram kanalı məlumat yayıb.

Qonçarenko Kiyevin Müstəqillik Meydanında yerləşən “Ukrayna” hotelinin qarşısında video çəkib. O, həmin binanın 2001-ci ilə qədər “Moskva” adlandığını xatırladaraq bildirib ki, bu gün orada işıqların sönməsi Zelenskinin sözlərinin simvolik reallaşması kimi görünür.

“Bu mənada o, doğrudan da, sözünün üstündə durdu”, – deputat istehzalı şəkildə deyib.

Xatırladaq ki, sentyabrın 27-də V.Zelenski bəyan etmişdi ki, Ukrayna paytaxt Kiyevə endirilən zərbələrə cavab olaraq Moskvada işıqların kəsilməsi variantını nəzərdən keçirə bilər. O bu məsələni Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşü zamanı da müzakirə etdiyini əlavə edib.

Tahir Turan

Globalinfo.az

Paylaş: