326161908 653247603470782 2214108972475020662 n

Türkiyə Böyük Millət Məclisinin üzvü, Kahramanmaraşın millət vəkili Sıtkı Güvenç zəlzələ zamanı həlak olub.

Globalinfo.az Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında məlumat verib.

“İyirmi dördüncü çağırış Türkiyə Böyük Millət Məclisində birlikdə çalışdığımız Kahramanmaraş millət vəkili Sıtkı Güvenç zəlzələdən sonra dağıntılar altında dünyasını dəyişib.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun”, – səfir sosial şəbəkə hesabında yazıb.

Paylaş: