Hayya

Qəzza zolağında bəzi israilli əsirlərin cəsədlərini tapmaq məqsədilə yeni bölgələrə daxil olunacaq”.

Globalinfo.az xəbər verir ki, bunu HƏMAS-ın Siyasi Bürosunun üzvü və Danışıqlar Heyətinin rəhbəri Halil əl-Hayya deyib.

O, həmçinin təşkilatın silahı nə zaman və hansı şərtlərlə buraxacağını da rəsmi şəkildə açıqlayıb:

“Bizim silahımız işğalın və hücumların mövcudluğu ilə bağlıdır. Əgər işğal sona çatsa, bu silah dövlətə təhvil veriləcək”.

Halil əl-Hayya, silah məsələsinin hazırda vasitəçilər arasında müzakirə olunduğunu, razılaşmanın hələ birinci mərhələsində olduqlarını bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: