1758515505 makron 2 1749729071

Biz Moskvaya təzyiqi artırmaqda qərarlıyıq, Rusiya buna hazır olmalıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial media hesabında paylaşım edib.

Fransa lideri Rusiyanı Ukraynadakı münaqişəyə son qoya bilməməkdə ittiham edərək, ona qarşı təzyiqlərin artırılmasına çağırıb.Makron həmçinin ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəklədiyini vurğulayıb.

Bundan əvvəl Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas 19-cu məhdudlaşdırıcı tədbirlər paketinin qəbul edildiyini açıqlamışdı. Yeni sanksiyalar siyahısına 63 fiziki və hüquqi şəxs, o cümlədən 117 dəniz tankeri daxil edilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: