60f204aa 2cc4 41c6 af99 9051999cf610 9

Yüksək rütbəli zabitin başçılıq etdiyi Britaniya hərbi komandası İsrailə yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News”a Britaniyanın müdafiə naziri Con Hili bildirib.

Nazirin sözlərinə görə, əməliyyat planlaşdırma təcrübəsi olan az sayda britaniyalı hərbçi artıq İsrailə gəlib.

Britaniya Qəzza zolağında kövrək atəşkəsə nəzarət etmək üçün beynəlxalq səylərə kömək edəcək. Hili qeyd edib ki, Birləşmiş Ştatların tələbi ilə Britaniya ordusuna rəhbərlik etmək üçün general-mayor komandir təyin edilib. O, Qəzzadakı Mülki-Hərbi Koordinasiya Mərkəzindən məsul amerikalı komandirin müavini vəzifəsində çalışacaq .

Healy vurğulayıb ki, London regionda sülhün bərqərar olmasında mühüm rol oynamaq niyyətindədir.

Paylaş: