2fad293305 Macaristan

Macarıstanda Ukrayna münaqişəsi ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyətin müddəti daha 6 ay uzadılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı parlamentdə səsvermə keçirilib. 127 üzv qərarın lehinə, 56-sı isə əleyhinə səs verib.

Fövqəladə vəziyyətin uzadılması Baş nazir və hökumətə bir sıra qərarları qanunvericilik müzakirəsi olmadan, fərman və qərarlar vasitəsilə operativ şəkildə qəbul etməyə imkan verir.

Qeyd edək ki, Macarıstan hökuməti bu rejimi ilk dəfə 2022-ci ilin mayında, Ukraynada müharibənin başlanmasından sonra tətbiq etmişdi. O vaxtdan bəri rejim artıq altıncı dəfə uzadılır.

Tahir Turan
Globalinfo.az

Paylaş: