Şəkidə ağır qəza: 3 nəfər öldü – YENİLƏNİB

Şəkidə ağır qəza: 3 nəfər öldü – YENİLƏNİB

Şəkidə qəza zamanı həlak olan şəxslər 1992-ci il təvəllüdlü Rəsullu Turan Kamal oğlu, 1981-ci il təvəllüdlü Mehtiyeva Pərvanə Kamal qızı və Mehtiyeva Yeganə Kamal qızıdır.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onlar bacı-qardaş olublar.

Qəza zamanı “KİA” markalı minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamal oğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***19:26

Şəkidə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza zamanı avtomobillərdə olanlardan 3 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardımlar göstərilir.

Ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.