ABŞ Prezidenti Donald Tramp ABŞ-a doğru hərəkət edən narkotik daşıyan böyük sualtı qayığın məhv edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “TruthSocial” sosial media platformasında yazıb.
Ağ Ev rəhbəri qayəqda 4 nəfərin olduğunu, onlardan ikisinin sağ qaldığını və mühakimə olunmaq üçün Ekvador və Kolumbiyaya göndəriləcəyini bildirib.
“Mənim rəhbərliyim altında Amerika Birləşmiş Ştatları narkotik-terrorçuların quru və ya dəniz yolu ilə qeyri-qanuni narkotik vasitələrin daşınmasına dözməyəcək”, – Tramp yazıb.
Tramp administrasiyası hazırda Venesuela prezidenti Nikolas Maduronu ABŞ-da narkotik ticarəti və zorakılıqdan məsul olan iki böyük mütəşəkkil cinayətkar qrupun de-fakto başçısı kimi görür. Bu qruplar Günəş Karteli və Tren de Araquadır.