Putin Orbana nə dedi?

Putin Orbana nə dedi?

Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüç iki həftə ərzində və ya bir qədər sonra Budapeştdə baş tuta bilər. Rusiya lideri Orbana amerikalı həmkarı ilə dünənki söhbətin əsas məzmunu barədə məlumat verib”, – deyə bildirilib.

Qeyd edək ki, oktyabrın 16-da Rusiya lideri amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb. Söhbətdən sonra ABŞ prezidenti iki dövlət başçısı arasında Macarıstanın paytaxtında görüşünün mümkünlüyünü açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az