usakov 121

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla söhbətindən sonra Kremldə iclas keçirib.

Globalinfo.az xəbər verir ki, o, Rusiya Təhlükəsizlik Şurasının üzvlərinə görüşlərinin məzmunu barədə məlumat verib.

“Dünən axşam saatlarında ABŞ prezidenti Donald Trampla telefon danışığından dərhal sonra Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini Kremlə topladı”, – deyə prezidentin köməkçisi Yuri Uşakov deyib.

Qeyd edək ki, oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: