Zelenski müdafiə naziri postuna Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin namizədliyini irəli sürəcək.
Globalinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, bütün zəruri hüquqi prosedurlar başa çatdıqdan sonra Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə namizədliyini parlamentə təqdim edəcək.
Zelenskinin sözlərinə görə, o, Yevgeni Xmaraya artıq Müdafiə Nazirliyinin fəaliyyətinə rəhbərlik etməyi və bu sektorda islahatları davam etdirməyi tapşırıb.
Prezident qeyd edib ki, müdafiə sahəsində aparılan dəyişikliklərin davam etdirilməsi və ordunun daha da gücləndirilməsi Ukraynanın əsas prioritetlərindən biri olaraq qalır.
Əliyar Xəlil