İran Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza üzrə atəşkəs sazişinə həsr olunmuş sülh sammitində iştirakdan imtina edib.
Globalinfo.az bildirir ki, bu barədə məlumatı Tasnim agentliyi yayıb.
Məlumatda qeyd olunur ki, Tehran Vaşinqtonun rəsmi dəvətini qəbul etməyib və sammitə qoşulmayacağını açıqlayıb
Qeyd edək ki, bundan əvvəl “Axios” nəşri ABŞ Dövlət Departamentinin İrana tədbirdə iştirak üçün rəsmi dəvət göndərdiyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az