2025 10 10T174538Z 1085631289 RC2Z8HASG03Q RTRMADP 3 ISRAEL PALESTINIANS GAZA AID pic 32ratio 900x600 900x600 11940

ABŞ qoşunları sülh sazişinin şərtlərinə əməl olunmasına nəzarət etmək üçün Qəzza zolağına getməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu haqda “CNN” Pentaqon mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qoşunların bir hissəsi artıq yerləşdikləri Yaxın Şərq ölkələrindən, digərləri isə ABŞ-nin digər bölgələrdəki komandanlığından gediblər. 200 nəfərlik Amerika kontingenti oktyabrın 12-dək Qəzza zolağına tam olaraq çatacaq.

Sektorda ABŞ-nin monitorinq mərkəzinin yaradılmasının bir neçə gün və ya həftə çəkəcəyi gözlənilir. Onun bəyan edilmiş məqsədi xaosun qarşısını almaq və humanitar agentliklərin rahat fəaliyyətini təmin etməkdir.

Paylaş: