Ukrayna Prezidenti Volodimir Zelenski hava şəraitinin dəyişməsi ilə əlaqədar Rusiyanın hücumlarının qarşısının alınmasında müəyyən azalma olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb. Zelenski qeyd edib ki, son günlərdə hava şəraiti ilə əlaqədar dəf edilən hücumların sayı 20-30 faiz azalıb.
“Oktyabrın 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji infrastrukturu obyektlərinə, o cümlədən paytaxt Kiyevdəki mühüm obyektlərə kütləvi zərbələr endirib. Amma müşahidəmiz onu göstərir ki, hava şəraiti dəyişdiyi üçün hücumların dəf edilməsində müəyyən azalmalar yaşayırıq”,- deyə o bildirib.
Qeyd edık ki, Kiyev meri Vitali Kliçko sakinləri növbəti hücumlara hazır olmağa çağırıb. O, son hücumu nəticələri baxımından ən ağır zərbələrdən biri kimi qiymətləndirib.
Tahir Turan